İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko: Azərbaycanla mehriban, yaxın münasibətlərimiz var

Belarusla Azərbaycan arasında münasibətlərdə qapalı mövzular yoxdur, tərəflər dünyanın hara hərəkət etdiyini başa düşürlər.

"Report" BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə danışıqlar zamanı deyib.

“Bizim qapalı mövzularımız yoxdur, hər şey açıqdır. Əgər kimsə bizim hansı məsələləri müzakirə etdiyimizi eşitsəydi, düşünərdi: bizim münasibətlərimiz necədir? Ən mehriban, ən yaxın. Biz qardaş kimi ünsiyyət qururuq, dünyanın hara hərəkət etdiyini bir başa düşürük. Mən təkbətək görüşümüzdə sizə Heydər Əliyev haqqında dedim: əgər o Azərbaycanın necə inkişaf etdiyini görsəydi...”, - o bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Dekabr 2024

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR