İnsanlara hürriyət, millətlərə istiqlal!

Londondakı səfirliyimizdə bayrağımız yenidən bərpa edilib- VİDEO

Londondakı səfirliyimizdə bayrağımız yenidən bərpa edilib. 

Musavat.com xəbər verir ki, bayrağın səfirliyə sancılması anı videogörüntülərdə əksini tapıb.

Qeyd edək ki, 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Radikal qruplaşmanın üzvləri səfirlik binasını ələ keçirərək bayrağımızı bunanın qarşısından söküblər.

Səfirliyə hücum edən dini qruplaşma üzvləri qısa müddətdə saxlanılıb. Azərbaycan bayrağı yenidən binanın qarşısına sancılıb.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR