İnsanlara hürriyət, millətlərə istiqlal!

London sammitində Ukrayna üçün təhlükəsizlik zəmanətləri müzakirə olunmayıb

Londonda keçirilən sammitdə Aİ və NATO ölkələrinin liderləri Ukrayna üçün təhlükəsizlik təminatları, o cümlədən qoşunların göndərilməsi imkanları məsələsini müzakirə etməyiblər.

APA xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk sammitdən sonra jurnalistlərə açıqlamasında bildirib.

Tuskun sözlərinə görə, toplantının iştirakçıları arasında Türkiyə və Kanada kimi ittifaqa daxil olmayan ölkələr olduğu üçün sammitin formatı xüsusilə Aİ səviyyəsində konkret qərarların qəbulunu nəzərdə tutmayıb.

Baş nazir əlavə edib ki, Polşa Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin verilməsində ön sıralarda durmaq niyyətində deyil.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR