İnsanlara hürriyət, millətlərə istiqlal!

Liviyada təbii fəlakətdə ölənlərin sayı 2 800-ə çatıb

Liviyada “Daniel” qasırğası nəticəsində ölənlərin sayı 2 800-ə çatıb.

“Report” xəbər verir ki, bu barədə “Anadolu”ya Liviyanın Qızıl Aypara Cəmiyyətindən bildirilib.

“Qızıl Aypara Cəmiyyətinin bütün şöbələrindən toplanan ümumi statistika 2 800 ölümdür”, - Cəmiyyətin adı çəkilməyən nümayəndəsi açıqlayıb.

Agentliyin əldə etdiyi məlumata görə, hazırda təbii fəlakət bölgəsindən 7 000-ə yaxın ailənin xilas edilməsi üçün əməliyyat aparılır.

Xatırladaq ki, sentyabrın 10-da “Daniel” siklonu Liviyanın şimal-şərqini vurub və Aralıq dənizi sahillərindəki şəhərlərə fırtına və ildırımlı leysan gətirib. Bir çox yaşayış evləri, xəstəxanalar və digər mühüm mülki obyektlər su altında qalıb. İki bəndin dağıldığı və fəlakətli vəziyyətin yarandığı Derna şəhəri daha çox zərər çəkib. Ölkə rəhbərliyi 3 günlük milli matəm elan edib.

Fəlakətlə əlaqədar Türkiyə Liviyaya yardım göndərdiyini açıqlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR