Onlayn ictimai-siyasi qəzet
"Liverpul" "Valensiya"nın gürcüstanlı futbolçusu Giorgi Mamardaşvilinin transferini rəsmiləşdirib.
QOL.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
23 yaşlı qapıçı 2025/2026 mövsümünə qədər "Liverpul"a qoşulacaq. Həmin vaxta qədər Mamardaşvili "Valensiya"da oynamağa davam edəcək.
Qeyd edək ki, Giorgi 2022-ci ilin qışından İspaniya klubunda çıxış edir. Bu müddət ərzində o, bütün yarışlarda 102 oyun keçirib, 31-də qapınsını toxunulmaz saxlayıb. Mamardaşvili ötən mövsüm bütün turnirlərdə 37 oyuna çıxıb, 34 qol buraxıb.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ