Onlayn ictimai-siyasi qəzet
Litva Rusiyadan olan sakinlərin Rusiya və Belarusa səfərlərinə məhdudiyyət qoyub.
Musavat.com xəbər verir ki, Litvada müvəqqəti yaşamaq icazəsi ilə yaşayan Rusiya vətəndaşlarının Rusiyaya və Belarus Respublikasına səfərlərinə ciddi məhdudiyyətlər tətbiq olunub. Yeni qaydalara əsasən, onlar bu ölkələrə hər üç təqvim ayından bir dəfədən artıq səfər edə bilməyəcəklər.
Litva hakimiyyətinin verdiyi açıqlamaya görə, əgər rusiyalı sakinlər üç ay ərzində “obyektiv səbəb olmadan” Rusiyaya və ya Belarusa səfər edərlərsə, onların müvəqqəti yaşamaq icazəsi ləğv ediləcək.
Qərarın məqsədi milli təhlükəsizlik və ictimai sabitliyin qorunması kimi əsaslarla izah olunur.
Musavat.com
05 May 2025
04 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ