İnsanlara hürriyət, millətlərə istiqlal!

Ləzgi “qanuni oğru” özünü öldürdü - əsgərlikdə olduğunu gizlədibmiş

Rajidin Mihrəliyevin “hökmünü” verən Badri Koquaşvili vaxtilə Lotu Qulinin də “qanuni oğru” titulundan məhrum etmək istəmişdi

Kriminal aləmdə daha çox Rajik Nijnevartovski kimi tanınan 53 yaşlı qanun oğru Rajidin Mihrəliyevin bir neçə gün əvvəl özünü öldürüməsinin təfərrüatları üzə çıxıb. Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki,  Mihrəliyevin meyiti Moskvaətrafı  Lenin şəhərinin Drujba qəsəbəsində tapılıb. Bildirilirdi ki, tapança ilə özünü öldürməzdən öncə Mihrəliyevin “yerli kriminal dairələrin nümayəndələri ilə” mübahisəsi düşübmüş. 

Məlum olub ki, mübahisənin kökü iki ilə əvvələ gedib çıxır. Belə ki, iki il əvvəl yezidi kürd Nam Bavana ən yaxın olan oğrulardan biri çeçen Gilani, erməni Kamo və gürcü Marat Rajidin Mihrəliyevin “oğru” aləmindən ayrılmasını tələb ediblər. Buna səbəb onun vaxtilə sovet ordusunda xidmət etməsi və institutda oxuması faktının üzə çıxması olub. O da bəlli olub ki, “qanuni oğru”  hətta hərbi xidmətini xüsusi təyinatlı obyektlərin mühafizəsi ilə bağlı ordu birləşməsində keçib. “Oğru ideyası”nı seçən şəxs isə əsgərlikdə olmamalıdır, çünki bu,   “qanuni oğru” ideyasına uyğun gəlmir. 

e954a29bb73e4329c1e371b759d6c58d.jpg (90 KB)

1970-ci ildə Dağıstanda anadan olan ləzgi “qanuni oğru” bir neçə dəfə həbsdə olub. 2013-cü ildə 42 yaşında Sezar və Tkaçla birlikdə “oğru tacı” alıb. Onu kriminal avtoritetlər - Vasya Voskres dəstəkləyib. O da hazırda uzun müddətli həbsdədir.  

Əsgərlikdə və ali məktəbdə oxuması faktını gizlətməsi üzə çıxdıqdan sonra Mihrəliyev özünə “haqq qazandırmağa” çalışıb və bunun üçün görüş(“sxodka”) tələb edib.      

Kriminal aləmdə indi ən nüfuzlu “qanuni oğru”lardan sayılan gürcü Badri Koquaşvilinin dəstəyinə ümid etsə də, bu “söhbət” onun sonu olub.  Mənbənin bildirdiyinə görə, Badri ona deyib ki, gizlədilən bu faktlar üzə çıxdıqdan sonra özü daxil onu heç kim “qanuni oğru” hesab etmir və onun məsələsi  həll olunub.

Badri_Koguashvili_Badri_Kutaisskii_.jpg (69 KB)

İntihar etməzdən əvvəl Rajik yenidən kutaisili “qanuni oğru” ya zəng edib və yenidən görüş  istəyib. Badri deyib ki, əgər söhbətin mövzusu yenə özü ilə bağlıdırsa, buna gərək yoxdur.. Telefonu qapatdıqdan sonra “qanuni oğru” titulunu itirmiş dağıstanlı özünü güllələyib.

Maraqlıdır ki,  “qanuni oğru” adını Rajiklə eyni ildə almış Maks Fransız da bir müddət əvvəl “titulunu” itirdiyi üçün özünü 7-ci mərtəbədən ataraq intihar etmişdi. 

resize.jpg (45 KB)

Qeyd edək ki, Badri Koquaşvili vaxtilə Lotu Quli kimi tanınan Nadir Səlifovu da  “qanuni oğru” titulundan məhrum etmək cəhdi etmişdi. Buna səbəb kimi Qulinin gürcü əsilli Quram Çixladzenin vurması göstərilirdi.  Quram Çixladze Türkiyədə Quli ilə görüşdə vurulub. Ona əl qaldıran isə Nadir Səlifovun yaxın adamı, qazax əsilli Arman Cumagəldiyev (Dikiy Arman) olub. Lakin o sonradan Quram Çixladzenin “qanuni oğru” statusu daşımasından xəbərsiz olduğunu bildirib. Bu hadisədən sonra Badri Koquaşvili Nadir Səlifovun “qanuni oğru” titulundan məhrum edilməsi təşəbbüsü ilə çıxış edib. Lakin Quli və onu dəstəkləyən digər “qanuni oğru”  Badri Koquaşvilinin özünü tituldan məhrum ediblər. Səbəb kimi isə onun başqa “qanuni oğrularla” konfliktdə olduğu göstərilib. 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR