İnsanlara hürriyət, millətlərə istiqlal!

Leysan yağıb, güclü külək əsib - FAKTİKİ HAVA

Sentyabrın 19-u saat 10:00-a olan məlumata əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, düşən yağıntının miqdarı Qrızda 6 mm, Şahdağda 4 mm, Kəlbəcər, Qax (Sarıbaş), Ordubadda 3 mm, Şəki, Xınalıq, Daşkəsən, Gədəbəy, Biləsuvar, Yardımlı, Lerik, Astara, Göygöl, Zaqatala, Qubada 2 mm-dək olub.

Şərq küləyi arabir Culfada 20 m/s-dək güclənib. Daşkəsən, Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 30, Aran rayonlarında 27, dağlıq rayonlarda 15 dərəcəyədək isti qeydə alınıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR