İnsanlara hürriyət, millətlərə istiqlal!

Lətifə işdən niyə çıxıb? - SƏBƏB

Xəbər verdiyimiz kimi, müğənni Lətifə Soyuöz Dövlət Akademik Filarmoniyasındakı fəaliyyətinə son qoyub.

Sənətçi "İncə səhər" verilişində bunun səbəbini açıqlayıb.

"Dövlət Akademik Filarmoniyasında inkişafım üçün artıq şəraitin olmadığını gördüm. Bu səbəbdən Filarmoniya ilə yollarımı ayırdım. Düşündüm ki, artıq ayrılmağın zamanıdır. Amma oradan getdikdən sonra həyatımda başqa məqamlar başladı. Həyata baxışlarım belə dəyişdi. Filarmoniya ilə bağlı gözləntilərim var idi, amma onları almadım. Tam əksi oldu. Elə məqamlar var idi ki, məni çox üzdü.

Düşünürəm ki, sənətçi üçün daha yaxşı şərait yaradılmalıdır. Nəyin ki, onu daha çox sıxmaq. Musiqi barəsində yeniliklərə hər zaman açıq bir insanam. Musiqi seçiminə çox diqqətlə yanaşıram. İndi inanıram ki, daha yaxşı şeylər edə bilərəm. Bunun üçün də artıq yeni işlərə başlamışam. Mən toylara gedib, oxumuram. Böyük səhnədə özümü daha çox yaxşı hiss edirəm.

Təbii ki, toy çox ağır və məsuliyyətli işdir. Üzərindən gəlmək hər müğənni üçün deyil. O qədər insanın qarşısında çıxış etmək, onların nazı ilə oynamaq. Bunlar çox çətindir. Məndə isə o səbir və təmkin yoxdur. Əlimdən gələni hər zaman etmişəm ki, səhnədə hər şey çox gözəl olsun. Filarmoniyadakılarla bir-birimizi başa düşmürdük"./Qaynarinfo 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR