İnsanlara hürriyət, millətlərə istiqlal!

Lerikdə paytaxt sakinindən "Kalaşnikov" aşkarlanıb

Lerikdə paytaxt sakinindən "Kalaşnikov" aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Musavat.com-a verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz odlu silah-sursatın saxlanılması və daşınmasında şübhəli bilinən Bakı şəhəri Sabunçu rayon sakini Samir Dadaşov Lənkəran-Lerik yolunun 50-ci kilometrliyində saxlanılıb. Keçirilən baxış zamanı onun əlindəki çantadan 1 ədəd "Kalaşnikov" markalı avtomat və həmin silaha aid 15 ədəd patron aşkarlanıb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı zəruri istintaq tədbirləri davam etdirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR