Onlayn ictimai-siyasi qəzet
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna münaqişəsi ilə bağlı vəziyyəti gərginləşdirməyə çalışanların "layiqli cəzalarını alacaqlarına" heç bir şübhə olmadığını bildirib.
Musavat.com xəbər verir ki, Lavrov bu barədə "Rusiya-1" telekanalında yayımlanan "Moskva. Kreml. Putin" proqramı üçün verdiyi şərhdə danışıb.
Jurnalist Pavel Zarubin həmin fraqmenti Telegram kanalında paylaşıb.
@@TVmusavat/102427@@
"Xüsusi hərbi əməliyyat əvvəldən qaçılmaz idi, bu barədə prezident öz çıxışında çox ətraflı şəkildə danışıb", - deyə Sergey Lavrov bildirib.
O, Qərbin uzaqmənzilli raketlərlə Rusiyaya hücumlarının vəziyyətə necə təsir etdiyinə dair suala cavab verib.
"Görünür, indi gərginliyi artırmağa və vəziyyəti həddən artıq kəskinləşdirməyə çalışanlar Rusiya prezidentinin bəyanatlarını oxumayıblar. Onları mütəmadi olaraq oxumaq lazımdır. Bizdə belə bir ifadə var – gücsüz qəzəbdən, çıxılmazlıqdan. Amma onların layiqli cəza alacaqlarına heç bir şübhə yoxdur", - deyə Lavrov əlavə edib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin noyabrın 21-də bəyan edib ki, ABŞ və onun NATO müttəfiqləri daha əvvəl uzunmənzilli dəqiq silahlardan istifadəyə icazə verdiklərini açıqlamışdı, bundan sonra Amerika və Britaniya raketləri Kursk və Bryansk vilayətlərində Rusiya hərbi obyektlərinə hücum etmişdi.
Onun sözlərinə görə, Rusiya bu hücumlara cavab olaraq ilk dəfə yeni "Oreşnik" orta mənzilli ballistik raketlərini Ukraynanın Dnepropetrovsk zavoduna qarşı tətbiq edib.
Putin Qərbin təxribat xarakterli siyasətinin daha da gərginləşmə halında ağır nəticələrə səbəb ola biləcəyini vurğulayıb.
Musavat.com
03 Fevral 2025
02 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ