İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov: Rusiya ilə Çin arasında hərbi əməkdaşlıq intensiv şəkildə inkişaf edir

Rusiya Federasiyası ilə Çin Xalq Respublikası arasında hərbi və hərbi-texniki əməkdaşlıq intensiv şəkildə inkişaf edir, lakin üçüncü ölkələrə qarşı yönəlməyib.

“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiyskaya qazeta”da iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 75-ci ildönümünə həsr olunmuş məqaləsində bildirib.

Nazir bildirib ki, qarşılıqlı etimadın yüksək olması hərbi və hərbi-texniki əməkdaşlığı intensiv şəkildə inkişaf etdirməyə, birgə hərbi təlimlər keçirməyə, hava və dəniz patrullarının təşkilinə, ümumi sərhəd zonasında mehriban qarşılıqlı fəaliyyətin həyata keçirilməsinə imkan verir:

“Eyni zamanda, bizim hərəkətlərimiz tamamilə şəffafdır, beynəlxalq hüquq normalarına ciddi uyğun olaraq həyata keçirilir və üçüncü ölkələrə qarşı yönəlməyib”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR