İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov Əraqçi ilə GÖRÜŞDÜ - Bu məsələləri müzakirə etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Abbas Əraqçi beynəlxalq gündəlikdəki məsələləri, eləcə də ikitərəfli əməkdaşlıq çərçivəsində bir sıra konkret mövzuları müzakirə ediblər, xüsusilə ticarət-iqtisadi əlaqələrə diqqət yetiriblər.

Musavat.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Bu gün biz Kremlə dünənki səfər çərçivəsində baş tutan söhbəti davam etdirdik. Həmin görüş zamanı Rusiya prezidenti Vladimir Putin cənab naziri qəbul etmişdi. Biz həm beynəlxalq gündəlikdə olan məsələlərə, həm də ikitərəfli əməkdaşlığa dair bir sıra konkret məsələlərə toxunduq. Ətraflı şəkildə isə ticarət-iqtisadi əlaqələr barədə danışdıq", – deyə Rusiya XİN başçısı iranlı həmkarı ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

Error loading media: File could not be played
00:00
00:00
 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyul 2025

05 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR