İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov da Ermənistana xəbərdarlıq etdi

“Hraparak” etibarlı mənbəyə istinadən yazır ki, Paşinyan Ermənistanın KTMT-də üzvlüyünə xitam verəcək, Rusiya ilə müttəfiqlik müqavilələrini ləğv edəcək

“Ermənistanın ABŞ-la keçirdiyi təlimlər fonunda İrəvanın hərəkətləri Moskvanı təəssüfləndirir, NATO ölkəsinin Zaqafqaziyaya nüfuz etməyə çalışmasında yaxşı heç nə yoxdur”, Rusiyanın xarici işlər naziri Sergey Lavrov G-20 sammitinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında belə deyib.

Lavrov “Düşünmürəm ki, bu, heç kimə, o cümlədən Ermənistanın özünə yaxşı gəlir... Biz buna - Ermənistan rəhbərliyinin hərəkətlərinə təəssüflənirik”, deyə bildirib.

Rusiya xarici işlər naziri əlavə edib ki, Ermənistanın iki ildir KTMT təlimlərində iştirakdan imtina etdiyini nəzərə alsaq, İrəvanın ABŞ-la birgə təlimlər keçirmək qərarı xüsusilə qəribə görünür.

paş lav.jpg (156 KB)

“Hraparak” etibarlı mənbəyə istinadən yazır ki, Nikol Paşinyan ABŞ-la hərbi təlimləri keçirməıklə bağlı qərar verməkdə son adnadək tərəddüd edib. Çünki Rusiya tərəfinin belə hərbi təlimlər keçirilməcəyi haqda xəbəri olub və müxtəlif diplomatik kanallarla belə bir addım atmamaq barədə xəbərdarlıq edilib. Paşinyan isə Rusiyanın xəbərdarlıq və təhdidlərinə məhəl qoymamaq qərarına gəlib. Sayt yazır ki, Paşinyan hərbi təlimlərinə razılıq verməklə yanaşı, çox qısa müddətdə Ermənistanın KTMT-də üzvlüyünə xitam verəcək, bunun ardınca Rusiya ilə müttəfiqlik müqavilələrinin ləğvi nəzərdə tutulur. ABŞ söz verib ki, Paşinyan KTMT-dən və Rusiyanın 102-ci hərbi bazasının çıxarılmasını elan edəndə sonra Ermənistana müdafiəsi üçün lazımi hərbi-texniki dəstək veriləcək.

Bəs Paşinyan Rusiyanın 102-ci hərbi bazasını Ermənistandan çıxarmağa nail olacaq, yoxsa Paşinyan Ermənistanı bəzi hissələri müxtəlif dövlətlər və onların orduları tərəfindən işğal edilmiş kiçik Suriyaya çevirəcək?

292254_original.jpg (314 KB)

Nəşr yazır ki, Ermənistanda Rusiya Müdafiə Nazirliyinin bölmələri və sərhəd qoşunları var.

ABŞ-ın təlimlər üçün gəlmiş hərbçilər Ermənistanda yerləşən rus bölmələrinə qarşı silahlı qarşıdurmaya da cəlb edilə bilərlər. Bu o qədər də inanılmaz ssenari deyil, əksinə, Rusiyaya qarşı ikinci cəbhənin açılması üçün ən çox ehtimal edilən ssenarilərdən biridir, Ermənistanın Rusiya ilə hərbi əməkdaşlıq müqavilələrini ləğv etməsi və onların əsasında Rusiyadan hərbi bazasını və sərhəd qoşunlarının Ermənistandan çıxarılmasını tələb etməsi bu qarşıdurma üçün kifayətdir.

Ermənistan ordusu Rusiya ordusunun birləşmələrinə qarşı silahlı münaqişəyə başlamağa hazırdırmı? 2014-cü ilə qədər inanmaq çətin idi ki, qardaş rus və ukrayna xalqları bir-birinə qarşı vuruşa, bir-birinin şəhər və kəndlərini, ölkələrini bilmədən dağıda, milyonlarla insanı öldürüb şikəst edə bilərlər. İndi Ermənistanda da reallığa çevrilə bilər.

Orxan ƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR