İnsanlara hürriyət, millətlərə istiqlal!

Latviya Rusiya və Belarusdan hündür divarla qorunur

Latviyanın hakimiyyət orqanları ölkənin sərhədinin mühafizəsini ciddi şəkildə gücləndirmək qərarına gəliblər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, latış rəhbərlər Yaxın Şərqdən gələn miqrant axınının, 2021-ci ildə olduğu kimi, yenidən Belarus və Rusiyadan Latviya ərazisinə keçəcəyindən qorxurlar. Bu təhlükənin qarşısını almaq üçün sərhəd sensorlar, videokameralarla təchiz ediləcək və hündür divarın tikintisi başa çatdırılacaq. Baltik respublikasının hakimiyyət orqanları ümid edir ki, bu divar miqrantlar üçün keçilməz maneəyə çevriləcək.

Bu günlərdə Latviya prezidenti Edqars Rinkeviçin rəhbərliyi ilə keçirilən təhlükəsizlik şurasının toplantısında Latviya-Rusiya və Latviya-Belarus sərhədlərindəki vəziyyət müzakirə olunub. Çünki son bir həftədə hər gün ölkə ərazisinə onlarla miqrantın daxil olması faktı qeydə alınır.

Latviyanın Dövlət Sərhəd Xidmətinin məlumatına görə, avqustun 14-də ölkənin Belarusla sərhədini qanunsuz keçməyə 96 cəhdin qarşısı alınıb. Bununla əlaqədar Latviya sərhədçiləri gücləndirilmiş iş rejiminə keçib. Onlara artıq məzuniyyət verilmir. Dövlət Sərhəd Xidməti kömək üçün orduya və polisə müraciət edib.

Latviya rəsmiləri deyirlər ki, ən azı Aleksandr Lukaşenko “hibrid silah”dan istifadə etmək qərarına gəlib və ya artıq istifadə edib və qeyri-qanuni miqrant axını üçün qərb sərhədini açıb. Yəni 2021-ci ilin vəziyyəti təkrarlanır, Suriya və İraqdan mühacirlər Polşa və Baltikyanı ölkələrin ərazisinə axışır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR