İnsanlara hürriyət, millətlərə istiqlal!

"Lamborghini", "Porsche" və ... - Qumar oyunlarına görə SAXLANILDI, bütün mülkləri müsadirə edildi

Çernoqoriyada çəkdiyi qumar videoları ilə tanınan və barəsində "qanunsuz mərc oyunları" ilə istintaq başladılan "Ekrem Abi" ləqəbli Erkan Özmen nəzarətə götürülüb.

Musavat.com xəbər verir ki, Monteneqro polisinin əməliyyatı ilə yaxalanan Erkan Özmenin bütün var-dövləti müsadirə edilib.

Müsadirə edilən mülklər arasında Lamborghini Aventador S 6.5 V12, Porsche Cayene 3.0, 1 ev və təxminən 4 milyon TL var.

Qeyd edək ki, onun barəsində Türkiyədə də "qanunsuz mərc oyunları" ilə bağlı istintaq başladılmışdı. 

Əməliyyat zamanı polis tərəfindən ələ keçirilənlər arasında Lamborghini Aventador S 6.5 V12, Porsche Cayene 3.0, Range Rover Velar, Mercedes AMG G63, 1 ev və təxminən 4 milyon TL də var.

Erkan Özmenin Monteneqro polisi tərəfindən saxlanılmasına səbəb olan ittihamın “mənşəyi bilinməyən pulların yuyulması” olduğunu bildirən türkiyəli jurnalist İbrahim Haskoloğlu, səlahiyyətlilərin nağd pulla bağlı yekun açıqlama vermədiyini bildirib.

Erkan Özmen yasadışı bahis soruşturması kapsamında Karadağ'da yakalandı

Erkan Özmen yasadışı bahis soruşturması kapsamında Karadağ'da yakalandıErkan Özmen yasadışı bahis soruşturması kapsamında Karadağ'da yakalandı

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR