Onlayn ictimai-siyasi qəzet
Küveytin cənubundakı Manqaf şəhərində yaşayış binasında baş verən yanğında azı 49 nəfər ölüb.
Bu barədə KUNA agentliyi ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, yanğınsöndürənlər yanğını söndürüb, səlahiyyətlilər araşdırma aparır.
Küveyt hökuməti başçısının birinci müavini Şeyx Fəhd Yusef Səud əs-Sabah hadisənin bütün detalları müəyyənləşdirilənə qədər binanın sahibinin saxlanılacağına söz verib.
“Təəssüf ki, mülk sahiblərinin tamahkarlığı belə hallara gətirib çıxarır... Mən bələdiyyə rəhbərliyindən xahiş edəcəm ki, sabahdan mülk sahiblərinə xəbərdarlıq etmədən qanun pozuntularının aradan qaldırılmasına başlasınlar”, - baş nazirin müavini vurğulayıb.
Küveytin cənubundakı Manqaf şəhərində işçilərin yaşadığı binada baş verən yanğında azı 41 nəfər ölüb.//Report
***
Bu barədə "Reuters" məlumat yayıb.
Küveytin daxili işlər naziri Şeyx Fəhad Yusuf Səud Əs-Sabah hadisə yerinə səfəri zamanı daşınmaz əmlak sahiblərini qanun pozuntularında günahlandıraraq bu amillərin insidentə səbəb olduğunu bildirib.
Küveytin cənubundakı Manqaf şəhərində işçilərin yaşadığı binada yanğın baş verib, ən azı 35 nəfər həlak olub.
Bu barədə "Reuters" məlumat yayıb
Qeyd edək ki, rəsmilər yanğının qarşısını aldıqlarını və hadisənin səbəbini araşdırdıqlarını bildiriblər.
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ