İnsanlara hürriyət, millətlərə istiqlal!

Kurskla bağlı SON DƏQİQƏ açıqlaması - 93 yaşayış məntəqəsi...

Ukrayna ordusu hazırda Kursk vilayətində 1260 kvadrat kilometrdən çox əraziyə və 93 yaşayış məntəqəsinə nəzarət edir.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski deyib.

Onun sözlərinə görə, Sumı və Çerniqov vilayətlərində sərhəd əraziləri hələ də atəş altındadır.

A.Sırski bildirib ki, Kursk vilayətində hücum zamanı Ukrayna Silahlı Qüvvələri düşmən müdafiəsinin 25-35 km dərinliyinə qədər irəliləyib.

Ruslar Ukrayna Müdafiə Qüvvələrinin daha da irəliləməsinin qarşısını almağa çalışır, öz qruplarını yaradır və qoşunları başqa istiqamətlərdən köçürür.

Ukrayna baş komandanın sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisində gələcək fəaliyyətləri əməliyyat şəraitinin inkişafından asılı olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR