İnsanlara hürriyət, millətlərə istiqlal!

Kurskda rusların mövqeləri BELƏ VURULDU - ŞOK GÖRÜNTÜLƏR

Ukrayna Silahlı Qüvvələri “Marder” piyada döyüş maşını ilə Kursk vilayətinin Malaya Loknya kəndində rusların döyüş mövqelərini məhv ediblər.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

Məlumatda bildirilir ki, rusların kifayət qədər yaxşı təchiz olunmuş atəş nöqtələri və döyüş mövqelərinə zərbələr endirilib. Hücum zamanı qarşı tərəf xeyli canlı qüvvə və texnika itirib.

Qeyd edək ki, Malaya Loknya kəndi eyniadlı çayın üzərində, Rusiya-Ukrayna sərhədindən 13,5 km, Kurskdan 80 km cənub-qərbdə, rayon mərkəzi - Sudjadan 16 km şimalda yerləşir.

Hücum anının görüntülərini təqdim edirik:

İqbal,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR