Onlayn ictimai-siyasi qəzet
Ukrayna ordusunun irəlilədiyi Kursk vilayətində 3 dəmiryol stansiyası sərnişinlər üçün bağlanıb.
Musavat.com xəbər verir ki, bu barədə Moskva Dəmir Yolunun mətbuat xidmətindən TASS-a bildirilib.
Məlumatda qeyd olunur ki, Suca Korenevo, Psel stansiyalarında stansiyalar müvəqqəti olaraq sərnişinlər üçün bağlanıb.
Qeyd olunur ki, Kursk, Rışkovo, Kurçatov, Lqov-Kiyev stansiyalarından uzaq məsafəli qatarlar üçün alınmış biletlər, geri qaytarılmayan biletlər də daxil olmaqla, əlavə ödəniş etmədən geri qaytarıla bilər.
“Yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə infrastruktura əlavə yoxlamalar aparılır və şəxsi heyət üçün təlimlər keçirilir”, - deyə mətbuat xidməti yekunlaşdırıb.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ