İnsanlara hürriyət, millətlərə istiqlal!

Kursk əməliyyatı fiaskoya uğradı: Ukraynanın “qələbə planı” çökdü, səbəb...  


"Kursk döyüşləri ilə bağlı proqnozlar özünü doğruldur".

Musavat.com bildirir ki, bu barədə siyasi şərhçi Aqşin Kərimov deyib.

O qeyd edib ki, Kursk əməliyyatları müharibədə Ukraynanın ABŞ-ni öz "qələbə planı" na inandırmaq səylərinin bir hissəsi idi:

"Bu döyüşlər nəzəri olaraq yaxşı düşünülmüşdü, lakin effektiv olmadı. Qısası, Kursk əməliyyatlarının Ukrayna üçün fiaskoya uğrayacağı döyüşlərin ilk ayında daha aydın bilindi.

Çünki cəbhə xəttinin Rusiyanın içərilərinə doğru genişlənməsi Rusiya qoşunlarının Ukraynadakı irəliləyişlərinin qarşısını almadı, əksinə Kiyev daha ağır bir situasiya ilə üzləşdi.

Kursk döyüşləri Rusiyanın ciddi təhlükəsizlik, kəşfiyyat boşluqlarını üzə çıxardı. Bununla belə, Rusiya boşluqları doldurmaq üçün səylərini gücləndirdi".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Mart 2025

BÜTÜN XƏBƏRLƏR