Onlayn ictimai-siyasi qəzet
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın strukturda statusunu rəsmən aydınlaşdıracağını gözləyir”.
Musavat.com xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov təşkilatın Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Düşünürəm ki, Ermənistanın siyasi rəhbərliyi situasiyaya aydınlıq gətirəcək və təşkilatın tərkibində olub-olmamaq barədə rəsmi qərara gələcək”, - Tasmaqambetov bildirib.
Qeyd edək ki, həmin iclasda Ermənistan nümayəndəsi iştirak etmir.
Xatırladaq ki, bundan əvvəl baş nazir Nikol Paşinyan dəfələrlə Ermənistanın KTMT-dəki iştirakını dondurduğunu bildirib. Bu arada, Tasmaqambetovun sözlərinə görə, KTMT Ermənistan qarşısında bütün öhdəliklərini özündə saxlayır, ölkə təşkilatın müttəfiqi olaraq qalır.
“Ermənistan KTMT-də bizim müttəfiqimiz olub və bizim Ermənistan qarşısında bütün öhdəliklərimiz qalır. Amma təşkilata üzvlük məsələsi ölkənin suveren hüququ və qərarıdır”, - deyə KTMT rəsmisi söyləyib.
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ