İnsanlara hürriyət, millətlərə istiqlal!

Kriptovalyuta nəhəngi 4,3 milyard dollar cərimə ödəməyə razılaşıb? – ABŞ nəşrindən sensasiyalı iddia

Dünyanın ən böyük kriptovalyuta birjası olan “Binance”nin rəhbəri Çanpen Çjao istefa verməyi və çirkli pulların yuyulmasında günahını etiraf etməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı mənbələrə istinadən “The Wall Street Journal” yayıb.

Mənbə qəzetə bildirib ki, Çjou bu gün(ABŞ vaxtı ilə) məhkəməyə gəlməli və günahını etiraf etməlidir. Kriptovalyuta birjası da 4,3 milyard dollar məbləğində cərimə ödəməli olacaq. Mənbənin dediyinə görə, bu addımın müqabilində birjanın fəaliyyətini davam etdirməsinə imkan veriləcək. Çjao da buna görə etirafa razılaşıb.

Qeyd edək ki, ABŞ Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyası “Binance” və onun baş direktoru Çanpen Çjaoya qarşı iddia qaldırmışdı.

Tənzimləyici müvafiq qeydiyyat olmadan qiymətli kağızlarla əməliyyatların kriptovalyuta mübadiləsinin idarə edilməsi və nəzarət mexanizmləri ilə bağlı investorları çaşdırmaqda ittiham edir. Bundan əlavə, rəsmi açıqlamada “Binance” və Çanpen Çjao üzdə ABŞ müştərilərinə birjada əməliyyatlar aparmağın qadağan edildiyini bəyan etsələr də, reallıqda ABŞ müştərilərinə gizli şəkildə ticarətdə iştirak etməyə icazə veriblər.

“Binance” dünyanın aparıcı rəqəmsal aktiv ticarət platformasıdır. 2017-ci ildə çinli Çanpen Çjao tərəfindən təsis edilib. 2021-ci ildə Çin səlahiyyətliləri “Binance” veb-saytını və mobil tətbiqini bloklayıblar.

Binance.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR