Onlayn ictimai-siyasi qəzet
Kriptovalyuta birjalarından olan "Bybit TR" pul köçürmə problemləri ilə gündəmdədir.
Musavat.com-un Türkiyə mətbuatına istinadla xəbərinə görə, sosial mediada paylaşım edən bir çox istifadəçi "Bybit TR" hesabına etdikləri pul köçürməsinin hesabda görünmədiyini və pulun geri qaytarılmadığını iddia edib.
İddialara görə, transfer əməliyyatlarını saatlar, hətta günlər keçsə də, həyata keçirmək mümkün olmayıb. Pulu geri çəkmək istəyən istifadəçilər ikinci şok yaşayıb. Belə ki, "Bybit TR"dəki hesabda görünməyən pul şəxsi bank hesablarına da geri qaytarılmayıb.
"Bybit TR" istifadəçisi durumla bağlı bunları qeyd edib:
"Birjaya pul köçürmə apardığım halda, günlər keçməsinə baxmayaraq, pul hesabıma oturmayıb. Mən də bu platformanın bir üzvü kimi, öz adıma etdiyim köçürmənin üstündən iki gün keçməsinə baxmayaraq, hələ də pulumu ala bilməmişəm. Üstəlik, bu durum yalnız mənə aid deyil. Mənim kimi bir çox sərmayədar öz investisiyalarının aqibətini öyrənə bilmir".
Sosial mediada bir çox istifadəçi oxşar durumdan şikayət edir. Onlar bu durumu kriptovalyuta dünyasında yeni bir fırıldaq kimi qiymətləndirirlər.
Musavat.com
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ