İnsanlara hürriyət, millətlərə istiqlal!

Krım körpüsü vurulmasa, Ukrayna uğur qazanmayacaq - Analitikdən ŞOK PROQNOZ

 

“Ağır silahlar, hava hücumundan müdafiə sistemləri və əksər döyüş sursatları Ukraynaya yaydan tez çatdırılmayacaq”.

Musavat.com xəbər verir ki, bu barədə “Nyu York Tayms”a adı açıqlanmayan ABŞ rəsmilərindən biri deyib. Bildirilib ki, hərbi yardımın çatdırılması aylar çəkə bilər.

Digər ABŞ rəsmisi qeyd edib ki, müttəfiqlərə NATO ehtiyatlarını tükəndirmədən Kiyevə hansı silahların verilə biləcəyini anlamaq üçün vaxt lazımdır. Söhbət “Bradley” piyada döyüş maşınları, "Humvees" və 155 mm-lik artilleriya mərmilərindən gedir.

Bu mövzuda Musavat.com-a danışan siyasi şərhçi Ramiyə Məmmədova bildirib ki, yeni silahlar Kiyevə müdafiə üçün yetərlidir. Onun sözlərinə görə, əgər Krım körpüsü vurulmasa, Ukraynanın əks hücum əməliyyatları yenə uğursuz alınacaq.

Ekspert hesab edir ki, problem verilən silahların müdafiə xarakterli olmasıdır: "Ukrayna kəşfiyyatı açıqladı ki, işğal edilən ərazilərdə 500 mindən çox rus hərbçisi var. Bu qüvvələr möhkəmlənib və istehkam qurğuları yaradıblar. Krım körpüsü vurulsa, logistika kəsiləcək və təchizat getməyəcək, o zaman Ukrayna uğurlu əməliyyatlar apara bilər".

Siyasi təhlilçinin fikrincə, kollektiv Qərb Ukraynanın qələbəsini istəmir, Rusiyanın taqətdən düşməsi üçün ondan istifadə edir: "Bu ayın sonu ruslar yeni hücumlara hazırlaşır. Əgər Xarkov və Odessa tutulsa, Dnestryanı ərazilərə quru yol açılacaq. Ukrayna və müttəfiqləri bunun qarşısını almalıdırlar”.

Cavanşir ABBASLI

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR