Onlayn ictimai-siyasi qəzet
Serbiyada fəaliyyət göstərən araşdırma nəşri Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri Rusiyanın müdafiə sənayesi ilə əlaqəsi olan onlarla rusiyalının Serbiya vətəndaşlığını qəbul etdiyi məqalə dərc edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, nəşrin aprelin 16-da yazdığına görə, bu şəxslər Serbiya qanununun “respublika xidmətlərinə” görə vətəndaşlıq verilməsinə icazə verən maddəsindən yararlanıblar.
Bildirilir ki, tipik olaraq, bu prosedur biznes, elm, idman və ya incəsənətdə xüsusi nailiyyətləri olan şəxslərə tətbiq edilir. Nəşr qeyd edir ki, bu maddəyə əsasən vətəndaşlıq əldə etmək çox vaxt əvvəlki vətəndaşlıqdan və ya Serbiyada yaşayışdan imtinanı tələb etmir. Serbiya pasportlarının sahibləri, sanksiyalara məruz qalmadıqları halda, Avropa İttifaqı ölkələrinə sərbəst şəkildə daxil ola bilərlər.
Serbiya hakimiyyətinin rəsmi hüquqi bülleteni ilə tanış olan nəşrin jurnalistləri müəyyən ediblər ki, Ukraynada müharibə başlayandan bəri 204 Rusiya vətəndaşına “respublikanın maraqları naminə” ifadəsi ilə Serbiya vətəndaşlığı verilib.
Serbiya pasportu alanlar arasında aşağıdakı şəxslərin adı çəkilir:
Ruslan Əlisultanov - Qroznının keçmiş vitse-meri və “Danone”-nin Rusiya aktivlərinin hazırkı sahibi.
Yekaterina Bloxina - KRET müdafiə konserninin meneceri.
Viktor Şendrik – FTX-nin xüsusi təyinatlı "Vımpel" qrupunun keçmiş zabiti.
VTB Bankın bir neçə baş vitse-prezidenti.
“Qazprom”un keçmiş top-menecerləri.
Nəşr vurğulayır ki, sözügedən şəxslər Aİ-nin sanksiya siyahılarına daxil edilməyib və Serbiya pasportlarına malik olduqları üçün Aİ ölkələrinə sərbəst səfər edə bilərlər.
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ