İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremldən Mahaçqala hadisələrinə ilk REAKSİYA gəldi – Kamran Həsənli ilə Sevinc Telmanqızı CANLIda

Kreml ilk dəfə olaraq dünən Mahaçqalada baş verən hadisələri şərh edib.

Bu barədə “RİA Novosti” məlumat yayıb. “Bu, əsasən xarici müdaxilənin, o cümlədən informasiya təsirinin nəticəsidir”, - Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O, həmçinin əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin bu gün Qərbin Yaxın Şərqdəki hadisələrdən cəmiyyəti parçalamaq üçün istifadə etmək cəhdlərini müzakirə etmək üçün görüş keçirəcək.
Peskovun sözlərinə görə, Putin bazar ertəsi bütün güc strukturlarının rəhbərləri, o cümlədən baş nazir Mixail Mişustin, xarici işlər naziri Sergey Lavrov və Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin iştirakı ilə keçiriləcək görüşdə çıxış edəcək.

Xatırladaq ki, bazar günü axşam saatlarında “Red Wings” aviaşirkətinin Tel-Əviv-Mahaçqala reysi aeroporta çatdıqdan sonra izdiham Mahaçqala hava limanının uçuş-enmə zolağına hücum edərək İsrail vətəndaşlarını axtarıb. Eyni zamanda İsrailin Milli Təhlükəsizlik Şurası Tel-Əvivdən Mahaçqalaya uçan təyyarədə yəhudi və ya israilli olmadığını açıqlayıb. Bundan sonra kütləvi iğtişaşlar başlayıb, nəticədə insan tələfatı olub.

Hadisə nəticəsində Dağıstanın paytaxtına çatmalı olan bütün təyyarələr alternativ hava limanlarına enib. Etirazçılar aeroport ərazisini zəbt etdikdən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəliblər, bundan sonra qarşıdurma başlayıb. Rusiya polisi Mahaçqala hava limanındakı iğtişaşın 150-dən çox fəal iştirakçısını aşkar edib, onlardan 60-ı saxlanılaraq əlavə araşdırma üçün regional polis idarələrinə təhvil verilib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 16.00-da aparıcı Kamran Həsənli ilə Sevinc Telmanqızı müzakirə edəcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR