İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremldən ayrı-seçkilik – Tacikistanın müstəqillik günü Moskvada qeyd ediləcək

Moskva sentyabrın 9-da Tacikistan Respublikasının müstəqillik gününü qeyd edəcək.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu diplomatik siqnal təsadüfi deyil, tarixi hadisədən xəbər verir.

Gözlənilir ki, oktyabrın 10-da Rusiya lideri Vladimir Putinin Düşənbəyə səfəri zamanı prezident Emoməli Rəhmon Tacikistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmasını elan edəcək və bu, iki ölkə arasında münasibətlərdə və regional inteqrasiyada yeni mərhələ olacaq.

Tacikistanın müstəqilliyinin 34-cü ildönümü şərəfinə çoxmərtəbəli binaların və Moskvanın Vnukovo və Domodedovo hava limanlarının media fasadları qızıl tac və yeddi ulduz (Tacikistanın dövlət bayrağının rəngləri) olan qırmızı-göy-yaşıl pankartlarla bəzədiləcək. Bu barədə Tacikistanın Rusiya Federasiyasındakı səfirliyinin Telegram kanalı məlumat yayıb.

Maraqlıdır ki, həmin gün Niaqara şəlaləsi də Tacikistanın dövlət bayrağının rəngləri ilə işıqlandırılacaq.
Yada salaq ki, 1991-ci il sentyabrın 9-da respublika Ali Sovetinin sessiyasında Tacikistan Respublikasının dövlət müstəqilliyini elan edən qərar və bəyanat qəbul edildi (başqa SSRİ respublikalarından 8-9 gün sonra).

Eyni zamanda bildirilir ki, avqustun 30-da Azərbaycanın, 31-də isə Özbəkistan və Qırğızıstanın 34-cü ildönümü qeyd olunan müstəqillik günləri Moskvada rəsmən qeyd edilməyib.

Ekspertlər bunu Rusiyanın Mərkəzi Asiyada daha çox Tacikistana önəm verməsi ilə əlaqləndirir, ənənəvi Türküstan ölkələri (Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistam) soyuqluğun nəticə sayırlar.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR