Onlayn ictimai-siyasi qəzet
Kremlin sözçüsü Dmitri Peskov Vladimir Zelenskinin Ağ Evdə Donald Trampla mübahisəsini “görünməmiş münaqişə” adlandırıb və bunun Zelenskinin diplomatik bacarıqlarının olmadığını göstərdiyini qeyd edib.
Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, onun sözlərinə görə, bu, Ukrayna ətrafında münaqişənin həllini çətinləşdirəcək.
Peskov vurğulayıb ki, Kiyev rejimi və Zelenski şəxsən sülhə can atmır, hərbi əməliyyatları davam etdirmək əzmindədir.
O, həmçinin əlavə edib ki, Ukrayna liderinin mübahisə zamanı davranışı onun diplomatic təcrübəyə malik ola bilməməsinin sübutudur.
Musavat.com
03 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ