Onlayn ictimai-siyasi qəzet
Rusiya Ukrayna ilə müvəqqəti atəşkəs elan etmək təklifini rədd edib.
Musavat com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov ABŞ Konqresinin üzvü Maykl Uolts ilə telefon danışığı zamanı bildirib.
Uşakovun sözlərinə görə, Moskva uzunmüddətli sülh razılaşmasına can atır, lakin bu, yalnız Rusiyanın maraqları və təhlükəsizlik narahatlıqları nəzərə alındıqda mümkün ola bilər.
“Ukraynada təklif edilən müvəqqəti atəşkəs sadəcə olaraq Ukrayna ordusuna nəfəs almaq üçün fürsət qazandırır. Bizim üçün yalnız imitasiya xarakteri daşıyan “sülh addımları” qəbuledilməzdir”, – deyə Uşakov vurğulayıb.
Bu açıqlama onu göstərir ki, Rusiya müharibədə geri addım atmaq niyyətində deyil və münaqişənin həlli üçün öz şərtlərinin qəbul edilməsini gözləyir.
@@TVmusavat/110509@@
Musavat.com
13 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ