İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml: "Putinin 2024-cü il seçkilərində iştirakı barədə danışmaq hələ tezdir"

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinin 2024-cü il prezident seçkilərində namizədliyini irəli sürüb-sürməyəcəyi barədə hələlik dəqiq məlumat yoxdur.

AZƏRTAC xəbər verir ki, bu fikri o, “İzvestiya” nəşrinə müsahibəsində söyləyib. D.Peskov bildirib ki, V.Putinin işi çoxdur, o, hələlik seçkilərdə iştirakı barədə heç bir bəyanat verməyib. Kremlin sözçüsü ölkədə seçkiqabağı kampaniyanın 2023-cü ilin ikinci yarısında başlanacağını qeyd edib.

Bundan başqa, D.Peskov Rusiya Prezidentinin xüsusi hərbi əməliyyatın məqsədələrinə dinc yolla çatmaq üçün hər hansı danışıqlara hazır oduğunu da vurğulayıb. Onun sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makron “Putinə zəng vurmağa, onunla danışmağa hazır olması barədə 5-6 dəfə bəyanat” verib, lakin Fransa tərəfindən heç rəsmi təklif daxil olmayıb.

D.Peskov, həmçinin vurğulayıb ki, Fransa münaqişə iştirakçılarından birinin tərəfində çıxış etməklə vasitəçilik imkanlarını itirib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR