İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml HƏMAS-a çağırış etdi: “Onları azad edin”

“Rusiya Fələstinin radikal HƏMAS hərəkatını bütün girovları dərhal azad etməyə çağırır”.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Bütün girovlar təcili və dərhal azad edilməlidir. Bu, bizim qəti mövqeyimizdir”, - Peskov bildirib.

Qeyd edək ki, daha öncə İsrailin “i24News” telekanalı Qızıl Xaç Komitəsinin nümayəndə heyətinin HƏMAS girovları ilə görüşmək üçün yola çıxdığını bildirmişdi. O da qeyd olunmuşdu ki, saxlananların azad edilməsinə dair Qətərin vasitəçiliyilə Fələstin hərəkatı ilə keçirilən danışıqlar yekunlaşmaq üzrədir.

Nigar,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR