İnsanlara hürriyət, millətlərə istiqlal!

"Kredit portfelində regionların payının azalması çox təhlükəlidir" - Ekspertdən xəbərdarlıq

"Kredit portfelində regionların payının getdikcə azalması  çox təhlükəlidir".

Bu barədə Musavat.com-a iqtisadçı -ekspert Eldəniz Əmirov bildirib. "Bu payın artırılmasının təşviq edilməsinə dair Mərkəzi Bank digər dövlət qurumları ilə birgə proqram hazırlamalıdır. Bu barədə yaxın günlərdə Mərkəzi Bankın sədri Taleh Kazımovun dəvətilə ölkənin aparıcı iqtisadçı ekspertləri ilə görüşdə də təklifimi irəli sürdüm. Çünki hər il regionlarının payının azalması bütün sahələrə: məşğulluq, sosial həyat, iqtisadi aktivlik, sosial rifaha ciddi təsir edir", deyə iqtisadçı əlavə edib.

Bakupost.az - İntihar etmək istəyən xanımlar, sizi anlayıram…

E.Əmirov regionların payına düşən kredit payının istehlak və biznes üzrə, eləcə də sabibkarlıq meyarları üzrə bölğüsü ilə bağlı fikrini də izah edib:"Bununla bağlı təklifim də oldu. Kredit portfelinin sahibkarlıq meyarlarına görə bölgüsünün aparılması və ictimailəşdirilməsi hesab edirəm ki, biznesin maliyyələşməyə dair problemlərinin  öyrənilməsinə imkan verər. Ümid edirəm ki,  həm regionların maliyyə əlçatanlığının artırılmasına, həm də statistik strukturun təkmilləşməsinə dair addımlar atılacaqdır".

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR