İnsanlara hürriyət, millətlərə istiqlal!

Koreya şirkətləri ABŞ-da 3 milyon çox avtomobili geri çağırır

Cənubi Koreyanın avtomobil nəhəngləri olan Hyundai və Kia ABŞ-da 3,37 milyon avtomobili geri çağıracaq. Reutersin yazdığına görə, buna səbəb bir sıra modellərdə mühərrikin alışması hallarının qeydə alınmasıdır.

İstehsalçılar bu avtomobillərin sahiblərindən təmir işləri başa çatana qədər avtomobillərini mümkün qədər binalardan uzaqda saxlamalarını xahiş ediblər. Belə ki, Hyundai bildirib ki, 2017-ci ildən bəri 21 yanğın və 21 digər istilik hadisəsi barədə məlumat qeydə alınıb. Eyni zamanda, Kia ən azı 10 təsdiqlənmiş yanğın və ərimə insidentləri ilə bağlı məlumatlara malikdir.

Kia America Borrego, Cadenza, Forte, Sportage, K900, Optima, Soul Rio, Sorento və Rondo modellərindən olan 1,73 milyon avtomobili geri çağırır. Bu, 2010-cu ildən 2017-ci ilə qədər olan modelləri əhatə edir.

Hyundai isə 2011-2015-ci illərdə istehsal olunan 1,64 milyon ədəd Elantra, Genesis Coupe, Sonata Hybrid, Accent, Azera, Veloster, Santa Fe, Equus, Veracruz, Tucson, Tucson Fuel Cell və Santa Fe Sport modellərini geri çağırır.

Reuters yazır ki, Hyundai sahiblərinə ABS modulunun qoruyucularının dəyişdirilməsi üçün avtomobillərini dilerə gətirmələri barədə məlumat verməyi planlaşdırır. Kia hələ də problemi həll etmək üzərində işləyir. İstehsalçılar geri çağırışla bağlı avtomobil sahiblərinə noyabrda məlumat verməyi planlaşdırırlar.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR