İnsanlara hürriyət, millətlərə istiqlal!

Kondisoneri partlayan avtobus texniki baxışdan keçirilməyib? – RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bu gün "BakuBus" MMC-yə məxsus olan 6 saylı xətt üzrə hərəkət edən avtobusda kondisioner partlayıb və yanğın baş verib.

Maraqlıdır, görəsən, həmin avtobus xəttə çıxmadan öncə texniki baxışdan keçirilməmişdi?

Lent.az məsələ ilə bağlı  “BakuBus” MMC-yə müraciət edib.

“BakuBus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva Lent.az-a açıqlamasında bildirib ki, reqlamentlərə uyğun olaraq, parkımızda olan bütün avtobuslar 30 və 36 min km-dən sonra dövrü texniki baxışdan keçirilir.

Onun sözlərinə görə, bundan əlavə olaraq hər səhər avtobuslar xəttə çıxmadan öncə, axşam xətdən qayıtdıqdan sonra mexaniklər tərəfindən texniki baxışdan keçirilir:

“Analoji problem “BakuBus” avtobuslarında müşahidə edildikdən sonra bütün avtobusların bu sistemlərinin yenidən inspeksiyasının keçirilməsi ilə bağlı istehsalçı şirkətə tələb irəli sürülmüş və razılıq əldə olunub. Bu proses artıq 3 aydır gedir və yanvarın 1-nə kimi sonlandırılacaq”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR