İnsanlara hürriyət, millətlərə istiqlal!

Kolumbiyanın kokain gəliri neft gəlirini ötür

2023-cü ilin sonuna qədər Kolumbiyanın kokain satışından əldə etdiyi gəlir neft ixracından qazancından daha çox olacaq. Bloombergin öz hesablamalarına əsasən yazdığına görə, bununla da tədarükü qadağan edilən olan narkotik Cənubi Amerika ölkəsinin əsas ixrac məhsuluna çevriləcək.

Bu nəticə ilin birinci yarısında Kolumbiyadan neft tədarükünün 30 faiz azalması və kokain tədarükünün daimi artması ilə şərtlənir. Artıq keçən il narkotik gəliri demək olar ki, neft gəlirinə çatıb- 19,1 milyard dollara qarşı 18,2 milyard dollar.

Nəşrin yazdığına görə, vəziyyətə ölkə rəhbərliyinin narkotiklərlə bağlı yumşaq siyasəti təsir edib. Səlahiyyətlilər vaxtaşırı kokainin istehsal olunduğu laboratoriyaları məhv edir, lakin onun istehsalı üçün xammal əkilmiş torpaq sahəsi 2022-ci ildə BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin məlumatına görə, 13 faiz artaraq 230 min hektara çatır.

Kolumbiyada prezident Qustavo Petro seçildikdən sonra narkotik ticarəti ilə mübarizənin istiqamətini koka yarpağı istehsalçılarına deyil, narkobaronlara yönləndirib. O, ölkədəki əsas narkotik ticarəti qrupları ilə razılığa gəlmək və yarım əsrdən çox davam edən münaqişəyə son qoymaq istədiyini iddia edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR