İnsanlara hürriyət, millətlərə istiqlal!

Köhnə şəkillərini paylaşanlardan danışdı: "Ay Allah..."

"O gün qarşıma bir səhifə çıxdı, baxıram ki, ancaq mənim ən eybəcər şəkillərimi qoyub ora. Öz-özümə dedim ki, yəqin, məni istəməyən adamdır".

Bu sözləri müğənni Xatirə İslam "Günaylı gün" verilişində deyib.

İfaçı illər öncəki görünüşündən danışıb:

"Guya, kim 14 il öncə olduğu kimidir ki? Heç kim 14,15 il öncə olduğu kimi deyil. O şəkillərdən sonra mən burun əməliyyatı etmişəm. Normal haldır da, adam zaman keçdikcə gözəl görünmək üçün dəyişliklər edir. Sən əgər məni istəyən adamsansa, başlıq bir yana qalsın, heç olmasa indiki şəklimi qoy. Mən harada eybəcər düşmüşəmsə, götürüb onu paylaşırsan. O səhifələrə heç nə yazmıram. Deyirəm ki, "ay Allah, özün gör!"/Bakıvaxtı.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR