İnsanlara hürriyət, millətlərə istiqlal!

Kohenin Türkiyə ilə bağlı əmri: 9 gün gecikib...

İsrail diplomatları oktyabrın 19-dan Türkiyəni tərk ediblər.

Bunu İsrailin xarici işlər naziri Eli Kohenin Türkiyədən diplomatların geri çağırılması ilə bağlı bəyanatını şərh edən diplomatik mənbə "Anadolu" agentliyinə açıqlamasında deyib.

“Hazırda Türkiyədə heç bir İsrail diplomatı yoxdur. Onlar artıq oktyabrın 19-da ölkəni tərk ediblər. Oktyabrın 18-də nazirliyimizə göndərdikləri notada son hadisələr fonunda səfirlik diplomatlarının oktyabrın 19-dan etibarən Türkiyəni tərk edəcəyi bildirilirdi. Kohenin əmrini kimə ünvanladığını anlamaq çətindir. Çünki onun haqqında danışdığı diplomatlar artıq ölkəmizi tərk ediblər”, - mənbə bildirib.

Qeyd edək ki, İsrail xarici işlər naziri Eli Kohen Türkiyədəki israilli diplomatları geri çağırıldığını açıqlamışdı.//Axar.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR