İnsanlara hürriyət, millətlərə istiqlal!

Köçməyi bacaran xalq - haylar

Son 30 ilin statistikası göstərir ki, müharibədə qalib gələn Ermənistan əhalisinin sayı azalaraq 2 milyon həddinə düşdü. Halbuki, ölkə həm müharibədən qalib çıxmış, həm iri miqdarda ərazi əldə etmiş, həm də bir milyona qədər Azərbaycan türkünün şəxsi mülkiyyətini qəsb etmişdi.

Tendensiya sonrakı illərdə daha kəskin xarakter almaqla ortaya tərsinə mənzərə çıxarmış oldu.

5dfbd3a5-cd54-3aa7-aeaa-8f6d9d7b11f3_850.jpg (108 KB)

İşğal edilən 16 min kvadratkilometr ərazini məskunlaşdırmaq mümkün olmadı. Azərbaycan ordusu bəzən on kilometrlərlə məsafədə yaşayış əlamətlərinə rast gəlmədi. Ən güclü silah insan amilidir ki, Ermənistanda o da yox idi.

Maraqlıdır ki, DQMV-nin əhalisinin saxtalaşdırılma nəticəsində elan edilən əhali sayı 120-150 min civarında göstərilsə də, 10 noyabr 2020-ci ildən sonra məlum oldu ki, bölgədə cəmi 27 min əhali var.

Kiçik bir müqayisə verək: Qərbi Azərbaycandan qaçqın düşənlərin sayı 750 min nəfərdən yuxarı hesablanır, 30 ildə Ermənistandan köçən əhalinin sayı bundan iki dəfə artıqdır - yəni 1,5 milyon nəfərə çatıb.

8501d097-a7aa-3fa7-8f95-6ce943881f65_850.jpg (133 KB)

Rəqəmlərin gedişatı və ilkin müqayisə göstərir ki:

Birincisi, ermənilər çox asanlıqla köçə bilir.

İkincisi, bu onların milli metaforalarını, köç milli arxetiplərini təşkil edir.

180529.jpg (279 KB)

Vaxtilə, xüsusən Türkmənçay müqaviləsindən sonra bölgəyə köçürülən ermənilərin əsasən İran və Türkiyədən nəqliyyat vasitəsi kimi bütün yükünün bir ədəd eşşək üzərində cəmləşməsi - palan üzərində dövlət quranların ilkin yaddaqalan müşahidəsi idi.

Əksəriyyəti müsəlman-türk bölgəsində çərçilik edir, xırdavat, saqqız satır və ya qaratikan kollarını qırıb, çəpər salınması üçün yerli əhaliyə satışı ilə məşğul olurdu.

İkincisi, onların torpağını əlindən alıb yerinə məskunlaşdıqları yerli əhalinin vəziyyəti isə çox fərqli idi.

Tarixin bütün dövrlərində yerin altını qazmaqla isbat etmək mümkün idi ki, min illərdir bu ərazinin sahibi Azərbaycan türkləri idi.

Müqayisə: 1-2 əsr əvvələ aid bölgədə ermənilərin izinə rast gəlmək mümkün deyil. Bizim əcdadlarımızın isə qəbirləri dağılsa belə, əl işləri və ya sümükləri tarixin ən böyük nişanəsi idi.

Üçüncüsü, milli tariximizin yeganə köç hərəkatı arandan-yaylağa tərəkəmə adətlərinin icrası idi. Amma ermənilərdə vətən anlayışının olmaması və Beyrut-İrəvan-Paris-Los-Anceles arasında dövran edən köç sirkulyasiyası ən böyük sübutdur.

- Dördüncüsü, köç mədəniyyəti ilkin görüşlərdə insanın "cildini dəyişməsi" – ömrünü gerçək aləmdə başa vu­rub, kənar dünyalara yola düşməsi kimi yozulurdu. Van Gennepin yaxşı sə­nəd­ləşdirilmiş "Dəyişmə mərasimləri" ("rites de passage") təlimində göstəri­lir­di ki, "Tez-gec tayfanın və fərdin fəaliyyətində (bu iki aspekt arasında fərq qoyulmurdu) əsaslı şəkildə başqalaşma hadisəsi baş verir, həyat bir forma­dan digərinə keçir. Daha doğrusu, insan ölən andaca yeni keyfiyyətdə təzə­dən doğulur".

Maraqlıdır ki, biz köç və mədəniyyət anlayışları ilə ermənilər arasında ciddi antoqonizm görürük. Onlar müvəqqəti məskunlaşma, barbarlıq, vandalizm kimi "siqan" düşüncəsini əxz ediblər. Buna görə iki davranış modelini mənimsəyiblər:

1. Rahat köçmə;

2. Tərk etdiyi yeri xarabaya çevirmək.

cc322eef49ba2a106406922f7a879dbc.jpeg (153 KB)

Beşincisi...

Toplumun ayrı-ayrı üzvlərinin həya­tın­dakı keçid halları yaxın­laşanda uy­ğun mərasimlər təşkil olunur, həyatı dəyişən şəxsin "yola salın­ması" qəribə adət­lərlə (qanının, yaxud ətinin yeni doğu­lan­lar arasında "paylan­ması" kimi) ger­çəkləşdirilirdi. Mərasimlər həm magik (belə mərasimlərdə hadi­sənin is­tə­ni­lən, arzu olunan şəkildə tamamlanması ekstaz yolu ilə təmin edilir­di), həm də təqlidi (sadəcə olaraq hadisə rəqs, mahnı və obrazlar halında – insan terminləri va­sitəsi ilə canlandırılırdı) xarakterdə qurulurdu. Əslində ilkin mədə­niy­yətlərdə magiya və təqlid bir-birindən ayrılmaz formada təzahür edir, lakin simvollar tək­cə təqlidi rituallarda özünə geniş yer alırdı. Bəs yurdunu dəyişib, köçənlər necə?

Biz bu tarixi iki dəfə yaşamışıq. Ən son əşyalarını, evini, mal-qarasını Qərbi Azərbaycanda, Qarabağda qoyub, gələnlərin təkcə ümidi vardı. Qayıdanda isə həmin ümidə söykənib, Ağalı kəndinə zurna-balabanla, el şənliyi ilə qayıdış başladı.

trend_vahid_haciyev_190722.jpg (204 KB)

Ermənilər isə nə gələndə, nə gedəndə bunu yaşaya bildilər - bütün həyatlarını və tarixlərini eşşək yükündən "Niva" markalı maşınlara dəyişməklə bircə mahiyyətlərini dəyişə bilmədilər.

66666666.jpg (105 KB)

Biz yallı ilə döndük, onlar özgə torpaqlarında ata-babalarının çərçi stixiyası ilə başqa bir qapıya üz tutmaq üçün ayrılırlar.

Əziz Əlibəyli, STM əməkdaşı

Xüsusi olaraq Musavat.com üçün

67814158_2621379591228600_5360423153128439808_n.jpg (62 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR