İnsanlara hürriyət, millətlərə istiqlal!

Klintonlar Baydenə pul yığmaq üçün kömək edəcəklər

ABŞ-nin keçmiş Prezidenti Bill Klinton və həyat yoldaşı, keçmiş dövlət katibi Hillari Klinton iyunun 18-də hazırkı ölkə başçısı Co Baydenin seçki kampaniyası üçün keçirilən genişmiqyaslı ianə aksiyasında iştirak edəcəklər.

Məlumata görə, bu tədbir keçmiş prezidentlərin iştirak edəcəyi üçüncü ianə aksiyası olacaq və Los-Ancelesdə baş tutacaq.

Aparıcı qismində amerikalı aktyor Corc Kluni seçilib. Tədbirdə ABŞ-nin birinci xanımı Cil Baydenin də iştirak edəcəyi qeyd olunub.

İndiyədək Co Baydenin seçki kampaniyası ümumilikdə 192 milyon dollar qazanıb ki, bu da tarixdəki bütün Demokrat namizədlərin göstəricilərini üstələyir.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR