İnsanlara hürriyət, millətlərə istiqlal!

Klintondan Putinə: “Hər şeyin günahkarı sənsən”

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton NATO-nun genişlənməsi ilə bağlı danışıb və Rusiya prezidentini günahkar çıxarıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Klinton bu barədə Dövlət Departamentində rəsmi portretinin açılışı münasibətilə təşkil olunan tədbirdə danışıb.

Klinton burada 2016-cı il seçkilərində məğlub olduğu Donald Trampa söz atmağı unutmayıb.

O, Trampı ABŞ-ın dostları və müttəfiqləri ilə bütün körpüləri yandırmaqda ittiham edib. Hillari Klintonun fikrincə, ABŞ prezidenti Co Bayden Obama administrasiyasının bir çox prioritetlərini müdafiə edir.

“Ukraynada demokratiyanı müdafiə etmək, NATO-nu genişləndirmək bunların başına gəlir. Yeri gəlmişkən, Vladimir, buna görə sən özün günahkarsan”, - deyə sabiq dövlət katibi bildirib.

Onun bu sözləri iştirakçılar tərəfindən gülüş və alqışlarla qarşılanıb.

“Biz həmişə demişik: “İnsanlar NATO-ya qoşulmağa məcbur edilmir. İnsanlar NATO-ya üzv olmağı seçir və istəyirlər”, - deyə Hillari Klinton əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR