Onlayn ictimai-siyasi qəzet
Bu dəqiqəqlərdə Kiyev ətrafında yerləşən Boayrka şəhəri yaxınlığında Ukrayna hava hücumundan müdafiə qüvvələri Rusiyanın istifadə etdiyi, İran istehsalı olan “Şahed” dronunu zərərsizləşdirib.
Musavat.com -un məlumatına görə, daha bir pilotsuz uçuş aparatı (PUA) Glevaxa qəsəbəsi üzərindən keçərək Fastov rayonuna doğru hərəkət edir.
Kiyev şəhərində təhlükənin olmadığı bildirilsə də, Boayrka və yaxın ərazilərdə yaşayan sakinlərə sığınacaqlara keçmək və hava həyəcanı siqnallarını diqqətlə izləmək tövsiyə edilir.
Əhalinin təhlükəsizliyi üçün rəsmi mənbələrdən gələn məlumatları izləmək və yaxınlarınızı bu barədə xəbərdar etmək tövsiyə olunur.
Musavat.com
12 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ