İnsanlara hürriyət, millətlərə istiqlal!

KİV: “Kreml Rusiyanın Ermənistandakı səfirinin fəaliyyətindən narazıdır”

Rusiya Xarici İşlər Nazirliyi bu ölkənin Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkinin işindən narazılığını ifadə edib.

“Report” xəbər verir ki, bu barədə “Past” qəzetinə diplomatik mənbə məlumat verib.

Bildirilib ki, ötən gün Kopırkin Moskvaya çağırılıb və onunla kifayət qədər ciddi söhbət aparılıb. Səfir Ermənistanda Rusiyanın yürütdüyü real siyasi xətti həyata keçirə bilməməkdə və konkret tapşırıqların yerinə yetirilməməsində ittiham olunub. Qeyd edilib ki, nəticədə ölkədə anti-Rusiya əhval-ruhiyyəsi güclənir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR