İnsanlara hürriyət, millətlərə istiqlal!

Kişinyov Rusiyanı moldovalıları qorxutmaqda ittiham edib

Moldova prezidenti Maya Sandu hesab edir ki, hazırda ölkənin neytrallığının qorunması ilə bağlı əhalinin mövqeyini öyrənmək üçün ümumxalq səsverməsi keçirməyin vaxtı deyil. 

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, prezidentin sözlərinə görə, vətəndaşlar “Rusiya təbliğatının təsiri altında” NATO-ya qoşulmağa qarşı çıxmaqda davam edirlər.

“Bizim gündəmimiz vətəndaşların gündəmidir. Nə qədər ki, vətəndaşlar Moldovanın neytral ölkə olaraq qalmasına inanırlar, biz bu seçimə hörmət edirik. Düşünürəm ki, qorxu hissi var, Rusiyanın təbliğatının təsiri altında olan bəzi insanlar hesab edirlər ki, onlar NATO-ya üzvlük məsələsini müzakirə etməyə başlayanda o zaman Rusiyadan təcavüz riski artacaq”, - Sandu bildirib.

O, həmçinin iddia edir ki, Moldovanın NATO-ya daxil olması məsələsi gündəmdə deyil, hakimiyyət yalnız Şimali Atlantika Alyansı ilə əməkdaşlığı müzakirə edir.

Bundan əvvəl NATO-nun Avropa İnkişaf Komitəsinin rəhbəri Günter Fehlinger Moldovanı neytrallıqdan əl çəkərək təşkilata üzv olmağa çağırıb.

Son vaxtlarda aparılan sorğu göstərib ki, Moldova vətəndaşlarının əksəriyyəti ölkənin Şimali Atlantika Alyansına daxil olmasına qarşıdır. Sorğuda iştirak edən moldovalıların 63,5%-i hesab edir ki, ölkə NATO-ya üzv olmamalıdır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR