Onlayn ictimai-siyasi qəzet
Həkim, diyetoloq Lidiya İonova pəhriz zamanı kərə yağının qəbul edilməsinin insan sağlamlığına təsirindən danışıb.
İonova kərə yağının tərkibində doymuş yağların yüksək olması səbəbilə onun təhlükəli olduğunu deyib.
Mütəxəssisin fikrincə, kərə yağının kiçik parçası deyil, yağda olan doymuş yağlar önəmlidir.
"Bitki yağlarının (günəbaxan, zeytun, qoz) quruluşu isə fərqlidir. Onların tərkibində çoxlu doymamış yağ turşuları Omeqa 3 və Omeqa 6 var. Onlar bədənimizə fərqli təsir göstərir. Doymuş turşular bizim yağımızdırsa, bədənimiz çoxlu doymamışları özü istehsal etmir, biz onları qidadan alırıq. Bunlar əsas qidalanma faktorlarıdır. Buna görə də, bunların hamısı yağ olmasına baxmayaraq, onlar tamamilə fərqlidirlər və bədənimizdə fərqli işləyirlər", - deyə ekspert bildirib.
O həmçinin əlavə edib ki, bəzi hallarda yağ istehlakı məcburidir: "Hamilə qadınların yağa kifayət qədər ehtiyacı var. Çünki tərkibində yağda həll olunan vitaminlər var"./lent.az
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ