İnsanlara hürriyət, millətlərə istiqlal!

Kemeron: “Putini kənarda oturtmaq üçün daha sərt tədbirlər lazımdır”

Bir müddət əvvəl Ukraynanın Rusiya ərazilərini Britaniya silahları ilə vurmaq hüququ ilə bağlı sözləri ilə vəziyyəti gərginləşdirən Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron yeni cəsarətli bəyanatla çıxış edib.

Musavat.com xəbər verir ki, Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərini “Daily Mail” qəzeti sitat gətirib.

Nəşr öz yazısını qarşıdan gələn ümumi seçkilərdə Kemeronun mövqeyinə həsr edib. O deyib ki, “avtoritar dövlətlər oxunun” meydana çıxması ilə təhlükəsizlik indi Britaniyanın əsas prioriteti olmalıdır.

Bu baxımdan o, baş nazir Rişi Sunakın 2030-cu ilə qədər ÜDM-in ən azı 2,5 faizini müdafiəyə sərf etmək çağırışını dəstəkləməkdən imtina etdiyinə görə Leyboristlər partiyasını tənqid edib.

Mövzunu daha da inkişaf etdirən Kemeron bildirib ki, Rusiya və ona yaxın olan ölkələr uğur qazanmaq üçün daha əzmkar olduqlarına, “bizdən daha çox yaşaya, daha çox ağrıya dözə və daha çox fədakarlıq edə biləcəklərinə” inanırlar.

"Qərb nümayiş etdirməlidir ki, o, Ukraynada Vladimir Putini kənarda oturtmağa və daha sərt dünya üçün daha sərt tədbirlər görməyə hazırdır", - Kemeron çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR