Onlayn ictimai-siyasi qəzet
“Azad Kəlbəcərdə ilk dəfə millət vəkili seçirik. Layiqli hesab etdiyimiz namizədə səs verdik. Kəlbəcərimizə xeyirli, uğurlu olsun! Qürur duyuruq”.
Musavat.com xəbər verir ki, Kəlbəcər rayonunun Ağcakənd kəndindən olan arıçılıq təsərrüfatının rəhbəri Mobil Mustafayev bu gün Kəlbəcər şəhərində 123 saylı Kəlbəcər seçki dairəsinin məntəqəsində səs verdikdən sonra sosial şəbəkədə bu paylaşımı edib.
Mobil Mustafayev qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfədir Kəlbəcər şəhərində deputat seçkiləri keçirilir.
Bu tarixi hadisənin iştirakçısı olmağın sevinci hədsizdir.
Etibar Seyidağa,
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ