İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş patronun təlimatlarını yerinə yetirən Trass Bakı və Ankaraya isti yanaşacaq?

"Hakim Mühafizəkarlar Partiyasının sədri seçilən və baş nazir kürsüsünə yiyələnən Liz Trass Boris Consonun xarici və təhlükəsizlik siyasətini davam etdirəcək. Trass Boris Consonun kabinetində xarici işlər naziri olarkən patronun təlimatlarını yerinə yetirirdi".

Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

22f195c7-5a73-35c3-b122-7736f47bb6a6_850.jpg (68 KB)

"Londonun ABŞ-la strateji müttəfiqliyində və Ukraynaya dəstəyində sapmalar olmayacaq. London Ankara və Bakı ilə də ənənəvi tərəfdaşlığını davam etdirəcək. Baş nazir Trassın hind mənşəli əsas rəqibi, keçmiş maliyyə naziri Rişi Sunak seçilsəydi də, Londonun xarici və təhlükəsizlik siyasətində heç nə dəyişməyəcəkdi. Sadəcə, hind mənşəli siyasətçinin Böyük Britaniyanın baş naziri seçilməsi ABŞ-da qaradərili Barak Obamanın seçilməsi qədər böyük hadisə olacaqdı", - politoloq bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR