Onlayn ictimai-siyasi qəzet
"Gürcü Arzusu" Partiyası keçmiş futbolçu Mixeil Kavelaşvilini prezidentliyə namizəd göstərib.
Musavat.com xəbər verir ki, bu barədə “Gürcü Arzusu” Partiyasının sədri Bidzina İvanişvili bildirib.
"Kavelaşvili müvəqqəti olaraq Prezident İnstitutundan alınmış ləyaqəti tamamilə bərpa edəcək", - deyə o bildirib.
Qeyd edək ki, Kavelaşvili formal olaraq hakim partiyadan ayrılan və 2023-cü ildə ölkədə kütləvi etirazlara səbəb olan "xarici agentlər haqqında qanun" təşəbbüsünü irəli sürən "Xalqın Gücü" hərəkatının nümayəndələrindən biridir.
Gürcüstanda prezident seçkiləri 14 dekabrda keçiriləcək və ilk dəfə olaraq dövlət başçısını əhali deyil, Seçki Kollegiyası seçəcək.
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ