İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş baş nazirlə daxili işlər naziri əlbəyaxa oldu - ANBAAN VİDEO

Slovakiyanın keçmiş baş naziri İqor Matoviç Bratislavada hökumət binası qarşısında “Sosial Demokratiya-Kurs” partiyasının mətbuat konfransında eks-daxili işlər naziri Robert Kaliniyakla dava edib.

Musavat.com xəbər verir ki, bu barədə “Azadlıq” radiosu məlumat yayıb.

Bundan əvvəl Matoviç digər keçmiş baş nazir, Kremlyönlü siyasətçi olaraq bilinən Robert Fikonun çıxışını pozmağa cəhd edib. Hadisə yerindən çəkilmiş görüntülərə görə, Matoviç mətbuat konfransına səsucaldanları olan pikapla gəlib. O, Macarıstanla sərhəddə sərhəd nəzarətinin tətbiqini tələb edən rəqiblərinin çıxışını pozmaq istəyib. Bu zaman Kalinyak Matoviçi maşından çıxarmağa çalışıb və həmin vaxt iki siyasətçi arasında əlbəyaxa dava düşüb. Keçmiş hökumət başçısı eks-nazirin üstünə “Cəhənnəmə get, oğru” deyə qışqıraraq onun sinəsindən təpiklə vurub.

Dalaşanlara “Kurs”un deputatlığa namizədi Riçard Qlük də qoşulub və Matoviçin üzünə yumruq zərbəsi endirib. Polis onları ayırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR